"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu qazmadan sonra istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Neft Daşları" dəniz qazma işləri idarəsi tərəfindən qirməki üstü gilli horizontuna qazılmış quyu 2242-2224 metr intervaldan fontan üsulu ilə sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu "Neft Daşları" neft-qaz çıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB