Karbohidrogen yataqlarında neftverimin artırılması üçün yeni üsullar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutu böyük dərinliklərdə yerləşən karbohidrogen yataqlarında neftverimin artırılması üçün yeni üsullar hazırlayır. SİA-nın məlumatına görə, tədqiqatlar Dövlət Neft Şirkətinin Elm Fondunun qrant layihəsi çərçivəsində aparılır.

Layihənin rəhbəri olan AMEA-nın vitse prezidenti, akademik katibi, fizika-riyaziyyat elmləri doktoru Akif Hacıyev bildirir ki, tədqiqatçılar yataqlarda süzülmə və sıxışdırma prosesində əmələ gələn problemləri öyrənir, o cümlədən yüksək temperatur və təzyiqlərdə gil şişmələri, onların uyğun deformasiyası, mayelərdə özlülüklərdə və xüsusi çəkilərdə fərq, tektonik pozulmalar və digər amilləri təhlil edirlər. Məqsəd neftçıxarmanın tənzimlənməsi və intensivləşdirilməsi üçün effektiv metodlar işləyib hazırlamaq, qiymətləndirmək və riyazi modelləşdirməkdir.

Qeyd edək ki, iki illik layihəyə 90 min manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...