"Bir sıra mobil telefon mağazalarda satışa qoyulan telefonlar keyfiyyətsizdir. İstehlakçıların bu telefonları baha qiymətə almalarına baxmayaraq, 1 həftə keçməmiş həmin telefonlarda problem yaranır". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.
Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinə bir sıra şikayətlər daxil olur: "Bu şikayətlər sırasında "NLT Telekom" kimi telefon satışı mərkəzləri də var. Ən çox daxil olan şikayətlər isə "Black berry" markalı mobil telefonlarla əlaqədardır. Bu sahədə Birlik tərəfindən mümkün addımlar atılır. Lakin istehlakçılar da öz hüquqlarını bilməli, neqativ hallarla qarşılaşdıqları zaman lazımı tədbirlər görməlidirlər. Bu sahədə istehlakçıların hüquqlarını qoruyan qanunlar artırılmalı, müstəqil ekspertizalar aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB