İqtisadçı-ekspert: "Xəzərin hüquqi statusunun həll edilməsi hələ ki, gözlənilmir"

İqtisadçı-ekspert: "Xəzərin hüquqi statusunun həll edilməsi hələ ki, gözlənilmir"

"Xəzər Forumu hər il keçirilir və burada Xəzər regionunun problemləri və perspektivləri müzakirə edilir. Bu forumda həm ölkə təmsilçiləri, həm də marağı olan tərəflər arasında fikir mübadiləsi aparır və bu müzakirələr əsasında onlar öz siyasətlərini qururlar. Xəzərin hüquqi statusunun həll edilməsi məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu, hökumətlərarası xarici işlər nazirliklərinin ekspert qruplarının görüşlərinin müzakirə obyektidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusunun həll edilməsi məsələsi 1998-ci ildən etibarən gündəmdədir: "Bu məsələ hər il Xəzəryanı ölkələrin Xarici İşlər Nazirliklərinin ekspert qrupları səviyyəsində müzakirə olunur və məsələnin həlli istiqamətində maraqlı ölkələr arasında ildə ən azı 2 dəfə görüşlər təşkil edilir. Lakin hələ də, bu məsələnin hansısa bir səviyyədə həlli gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə