Dekabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,10 dollar və ya 1,2% artaraq 1 barelə görə 93,82 dollar olub. SİA-nın məlumatına görə, dekabrın 2-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,76 dollar və ya 1,6% artaraq 111,45 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB