Millət vəkili: "Sahibkarlara kənar müdaxilələr davam edir"

Millət vəkili: "Sahibkarlara kənar müdaxilələr davam edir"

"Ölkə rəhbəri tərəfindən, eyni zamanda Milli Məclisin iclaslarında sahibkarlara edilən qeyri-qanuni müdaxilələrin aradan qaldırılması ilə əlaqədar tapşırıqlar verilir. Lakin bütün bunlara baxmayaraq, hələ də bu müdaxilələr davam etdirilir". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, sahibkarlara edilən qeyri-qanuni müdaxilələrlə bağlı Milli Məclisdə qanun layihəsi də qəbul edilib: "Bu yaxınlarda ictimai təşkilatlarla birlikdə təşkil edilən tədbirlərin birində sahibkarlar şikayət etdilər ki, hələ də onların fəaliyyətlərinə kənar müdaxilələr çoxdur. Bildiyimiz kimi, sahibkarların vəzifəsi məhsul istehsal etmək, xidmət göstərmək və vaxtında müəyyən edilən vergini ödəməkdən ibarətdir. Amma kənar müdaxilələr bu xidmətin ləngiməsinə yol açır".

Bütün xəbərlər Facebook səhifəmizdə