Ziyad Səmədzadə: "Emal sənayesinin ÜDM-də çəkisi çox aşağıdır"

Ziyad Səmədzadə: "Emal sənayesinin ÜDM-də çəkisi çox aşağıdır"

"Azərbaycanın ixrac strukturu qaneedici səviyyədə deyil. Hələ də ölkə ixracatı sahəsində neft sektoru üstünlük təşkil edir". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Xəzər Avropa Kulubunda iş adamları ilə görüş zamanı bildirib.

Rəsminin sözlərinə görə, Azərbaycan qeyri-neft məhsullarının xaricə çıxışını təmin etməyə səy göstərməlidir: "Bunun üçün Azərbaycanda ixracyönümlü və tələbata daha çox əsaslanan emal sahəsinə üstünlük verməliyik.

Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunu strukturunun təkmilləşdirilməsinə ehtiyac var: "Azərbaycanda emal sənayesi zəif inkişaf edir. Biz ölkənin emal sənayesinin strukturunu yaratmalıyıq. Yeni iş yerləri yaradarkən emal sənayesindən də istifadə etmək lazımdır. Təəssüflər olsun ki, emal sənayesinin ÜDM-də çəkisi çox aşağıdır. Əgər Azərbaycanda ixracyönümlü maşınqayırma, güclü aqrar sənaye kompleksləri yaradılması davam etdirilsə, ölkənin iqtisadi mənzərəsi dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə