Noyabr ayının 19-da 2 saylı ƏVİ-nin Vergi borclarının alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Nəsimi parkında yerləşən, fiziki şəxs İsmayılov Rafiq Gəray oğluna məxsus "Xəzərin sahilində" restoranında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə restoranın fəaliyyəti vergi orqanları təfindən araşdırılarkən, onun 2 398 manat məbləğində borcunun yarandığı müəyyən edilib və bu barədə vergi ödəyicisinə okytabr ayının 25-də bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Noyabr ayının 4-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi restorandakı əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 2 400 manatlıq müxtəlif növ məişət avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınıb.
Həmçinin, noyabr ayının 21-də isə Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən "Lalə" restoranında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Restoranın 9 433 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və obyektdəki 10 500 manatlıq mebel dəstləri və texnki avadanlıqlar müəyyən edilmiş qaydada siyahıya alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB