"Günəşli" yatağındakı 14-cü özüldən 41 nömrəli quyu qazmadan sonra istismara verilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 4001-3975 metr intervaldan sutkalıq 55 ton neft və 36000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB