Xüsusi iqtisadi zonalar məhsulların qiymətini ucuzlaşdıracaq
"Azərbaycanın xüsusi iqtisadi zona yaratmaq üçün imkanları genişdir. Çünki, ölkəmizin xarici bazarlara çıxmaq üçün avtomobil, dəniz və dəmir yolları var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov söyləyib.
Onun sözlərinə görə, xüsusi iqtisadi zonaların yaradılması Azərbaycan üçün əhəmiyyətlidir: "Hələ 10 il bundan öncə Ümummilli lider Heydər Əliyev xüsusi iqtisadi zonaların yaradılması fikrini irəli sürüb. Xüsusi iqtisadi zonaların yaradılması barədə qanun Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. Bu qanun Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib".
Millət vəkili qeyd edib ki, xüsusi iqtisadi zonalarda az miqdarda vergi sistemi müəyyən edilir: "Həmin ərazilərdə vergi dərəcələri aşağı salınır. Bu zonalar üçün xüsusi şərait hazırlanır və iş yerləri açılır. Vergi dərəcələrinin aşağı salınması sahibkarların iş yerlərini artırmasına səbəb olur. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, xüsusi iqtisadi zonalar yaradılsa, bu məsələ bazara çıxarılan məhsulların keyfiyyətinin yaxşı olmasına, xüsusilə də həmin məhsulların qiymətlərinin aşağı düşməsinə zəmin yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB