Azərbaycanda yüksək təhsil almaq üçün hər bir şərait var

Azərbaycanda yüksək təhsil almaq üçün hər bir şərait var

"Büdcə qəbul olunarkən təhsilə ayrılan xərclərin artırıldığının bir daha şahidi olduq". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən təhsilə ayrılan vəsait ölkəmizin təhsilin inkişafına olan diqqət və qayğısının göstəricisidir: "Beləliklə, son illər ölkəmizdə ən müasir məktəblərin tikilməsi, həmin məktəblərin müasir avadanlıqlarla təchiz olunması və.s kimi addımlar təhsilin yüksəldilməsinə yönəlib. Hesab edirəm ki, Azərbaycanda yüksək təhsil almaq üçün hər bir şərait var. Lakin islahatlar aparılmalı tikilən müasir, hər bir şəraiti olan məktəblərdə savadlı müəllimlərə və şagirdlərə daim yer verilməlidir. Təhsilin keyfiyyəti ön plana keçməli, daim diqqət mərkəzində saxlanılmalıdır".

Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsindən təhsil xərclərinə1 milyard 653 milyon manat vəsait ayrılıb. Bu isə o deməkdir ki, cari illə müqayisədə gələn il təhsil xərcləri 15% artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə