TANAP vasitəsi ilə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq

TANAP vasitəsi ilə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq

"Faktiki olaraq Cənub Dəhlizi layihəsi çərçivəsində Avropaya ötürüləcək qazın demək olar ki, böyük hissəsi məhz TANAP layihəsi çərçivəsində gerçəkləşəcək". Bu barədə SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində 32 milyard kubmetr qazın Avropaya ötürülməsi nəzərdə tutulur: "Bu baxımdan TANAP çox önəmli bir layihədir. TANAP Avropanın infrastruktur layihələrindən biridir. TANAP-ın fərqi və önəmi Avropaya başqa bir mənbədən enerji resursunun gətirilməsini təmin etməsidir. Rusiyanın 2011-ci ildə reallaşdırdığı layihə çərçivəsində 55 milyard kubmetr mavi yanacağı birbaşa Qərbi Avropaya ixrac edilir. TANAP layihəsi isə mavi yanacağı alternativ mənbədən Avropa bazarına çıxaracaq".

Azərbaycanın dünyada neft və qaz sayəsində çox mühüm rol oynadığını deyən ekspert qeyd edib ki, TANAP Avropanın mavi yanacaqla təmin edilməsində əvəzsiz layihədir: "TANAP vasitəsi ilə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə