Yanacaq doldurma məntəqələrindəki benzinin keyfiyyəti aşağıdır
"Benzin doldurma məntəqələri keyfiyyətli benzin satışında maraqlı deyillər". Bu barədə SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin yanacaqdoldurma məntəqələrində satışa çıxarılan benzinin keyfiyyətində bir sıra problemlər var: "Birmənalı şəkildə benzinin keyfiyyətinin aşağı olması avtomobillərin həm ekoloji baxımdan, həm də avtomobillərin uzun müddətli istifadəsi üçün təhlükəlidir. Benzinin keyfiyyəti artırılmalıdır. Əks təqdirdə alıcılar yanacağın qısa zamanda bitməsi ilə üzləşirlər".
İqtisadçı qeyd edib ki, Azərbaycandakı yanacaqdoldurma məntəqələrində Avro 2 standartlarına uyğun benzin satılır: "Bu da benzinin orta səviyyədə olduğundan xəbər verir. Avropada bir sıra ölkələrdə benzin satışında "Avro 5" və "Avro 6" standartları tətbiq edilir. Azərbaycan Avropa standartlarına keçid prosesini gücləndirsə daha keyfiyyətli benzin təklifi ilə çıxış edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB