Genetik modifikasiya olunmuş içkilər bufetlərdə satılmayacaq

Genetik modifikasiya olunmuş içkilər bufetlərdə satılmayacaq

"Məktəb bufetlərində vaxtı keçmiş ərzaq məhsulları satılır". Bu barədə SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, bufetlərdə kiçik yaşlı uşaqlara arzu olunmaz içkilər, qidalar verilir: "İstehlakçıların hüquqlarını qoruyan dünya təşkilatları tövsiyə edirlər ki, bufetlərində şagirdlərə kola, fanta və genetik modifikasiya olunmuş içkilər verilməməlidir. Bunlar isə məktəb bufetlərində satılmaqda davam edir".

Eyyub Hüseynov qeyd edib ki, standartlara görə kola, fanta kimi içki məhsullarının məktəb bufetlərində satılması və bağçaların qida rasionunda istifadə olunması qadağan olunacaq: "Onu da qeyd edim ki, insan sağlamlığına qarşı zərərli olan içkilərlə bağlı problemlər daha çox bölgələrdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə