Azərbaycan Hesablama Palatasının kollegiya iclası keçirilib. Palatadan SİA-ya verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrası, dövlət büdcəsindən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsi, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi və "Azəristiliktəchizat" ASC-yə ayrılan vəsaitlərin istifadəsi üzrə auditlərin nəticələrinə dair hesabat və rəylər müzakirə olunaraq təsdiq edilib.
Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB