İstehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0,7 faiz, on ay ərzində isə keçən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 1,2 faiz və 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz və 0,5 faiz, xidmət tarifləri 0,2 faiz və 3,4 faiz bahalaşıb.
Bundan başqa, 2013-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 7,7 faiz artaraq 29,1 milyard manat təşkil edib. Bu vaxt ərzində hər nəfərə düşən gəlirlər 6,4 faiz yüksələrək 3130,1 manata və ya orta hesabla ayda 313,0 manata çatıb.
Həmçinin, muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 2012-ci ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 415,0 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB