Millət vəkili: “2014-cü ildə orta aylıq əmək haqqı 610 dollardan çox olacaq”

Millət vəkili: “2014-cü ildə orta aylıq əmək haqqı 610 dollardan çox olacaq”

"Büdcənin təxminən 60 faizdən çoxu qeyri-neft sektoru hesabına formalaşacaq". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, gələn ilin büdcəsində əldə olunacaq 3,2 faizli ümumi artımın təxminən 70 faizi qeyri-neft sektorunun hesabına formalaşacaq: "Artıq 2014- cü ildə Azərbaycanda adam başına düşən Ümumi Daxil Məhsul 6 100 dolları keçəcək, yaşayış minimumu isə 160 dolları ötəcək. Bu il orta aylıq əmək haqqının məbləği isə 610 dollardan çox olacaq. Cari ildə infilyasiya 5 % nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Azərbaycan artıq ortaq gəlirli ölkələr arasında ön mövqeyə çıxıb". Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu "Azərbaycan 2020: Gələcəyə Baxış Konsepsiyası"nda göstərilib ki, Azərbaycanın sosial cəhətdən inkişaf etmiş, dövlətlər sırasında olmalıdır: "Məhz, gələn ilin büdcəsinin əsas xarakterik xüsusiyyətlərindən biri də, dünyada gedən iqtisadi böhranın təsirlərini nəzərə alaraq büdcənin ehtiyatda saxlanmasıdır. 2014-cü ilin büdcəsi Azərbaycan dövlətinin və millətin sosial- iqtisadi inkişafını təmin edəcək. Büdcədə əsas istiqamət qeyri-neft sektoruna xüsusilə də, kənd təsərrüfatına, turizmə və aqrar emal sənayesinin inkişafına yönəlib. Növbəti ildə ixrac yönümlü rəqabət qabiliyyətli məhsulların hazırlanması və ortaya çıxarılması vacibdir. Bu büdcə layihəsinin xarakterik cəhətlərindən biri də sosial sahələrə ayrılan vəsaitin artırılmasıdır. Demək olar ki, sosial təminat, səhiyyə, mədəniyyət, gənclər siyasəti və digər sahələrdə artımlar müəyyənləşib. Sosial xərclər büdcənin 5 milyard manatdan artıq vəsaitini, başqa sözlə büdcənin 30 %-ni özündə cəmləşdirib. Gələn ilin büdcəsi real bir büdcə olmaqla yanaşı, real addımlara hesablanan büdcədir. Hesab edirəm ki, 2014- cü ilin büdcəsi Azərbaycan vətəndaşlarının sosial rifahını daha da yaxşılaşdıracaq".

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə