Elmir Vəlizadə: "Azərbaycanda internetin qiyməti düşəcək"

Elmir Vəlizadə: "Azərbaycanda internetin qiyməti düşəcək"

"İnternet tariflərinin qalxması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil". SİA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib ki, internet xidmətlərinin qiymətlərinin qaldırılması şayiədir.

Onun sözlərinə görə, Azərbaycanda internet qiymətləri ucuzlaşır: "Ölkədə internet qiymətlərinin azaldılması istiqamətində işlər gedir. Bunun üçün provayderlərlə görüşlər keçirilir, qiymətlərə yenidən baxılır. Çox güman ki, ölkədə internetin qiyməti düşəcək".

Rəsmi deyib ki, internet xidmətlərdən istifadənin daha da rahatlaşdırılması, nömrə-daşıma xidmətinin analoqu kimi port-daşınma fəaliyyətinin də təmin edilməsi üçün hazırlıq işləri görülür: "Belə ki, hər bir internet istifadəçisi əgər hər hansı provayderin xidmətindən narazı qalsa, sərbəst şəkildə digərinə keçə bilər. Bununla bağlı bütün texniki, təşkilatı məsələlər asanlıqla həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə