Noyabrın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1,43 dollar və ya 1,5% artaraq 1 barelə görə 94,80 dollar olub. SİA xəbər verir ki, noyabrın 6-da ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,09 dollar və ya 0,1% azalaraq 105,24 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB