Bu ilin oktyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb, yükdaşıma tarifləri 3,4 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4 faiz ucuzlaşıb, tranzit üzrə 4 faiz, ixrac və idxal üzrə isə 0,2 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2 və 2,2 faiz bahalaşıb. Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5 faiz ucuzlaşma müşahidə edilib. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 6,4 faiz ucuzlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB