Azər Mehdiyev: “Satışda olan ətriyyat, kosmetika və digər məhsulların sığortalanması bir qədər mürəkkəb xarakter daşıyır”

Azər Mehdiyev: “Satışda olan ətriyyat, kosmetika və digər məhsulların sığortalanması bir qədər mürəkkəb xarakter daşıyır”

"Təbii ki, daşınmaz əmlakın sığortalanması prosesi daha asandır. Ancaq "satışda olan ətriyyat, kosmetika və digər məhsulların sığortalanması bir qədər mürəkkəb xarakter daşıyır. Bu məhsulların mağazalarda saxlanma müddəti və onların həcminin müəyyən edilməsi və satışda nə qədər saxlanılması zaman-zaman problemlərə gətirib çıxarır. Bu məsələlər yarımstandartlara girmədiyindən, sahibkarlarla sığorta şirkətləri arasında problemlər yaranır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev ətriyyat və kosmetika məhsullarının sığortalanmamasına və bu sahədəki problemlərə münasibət bildirərkən deyib.

İqtisadçı ekspert onu da qeyd edib ki, daşınar və daşınmaz əmlakın eləcə də, mağazada satılan məhsulların sığortalanması prosesində fərqlər nəzərə çarpır.

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə