Dövlət Neft Şirkəti Türkiyədə ən böyük limanın inşasına başlayır
"Türkiyədə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan "Petkim" şirkəti ilə Niderlandın "APM Terminals" şirkəti arasında regionun ən böyük konteyner limanı – "Petkim" Konteyner Limanının tikintisinə yaxın günlərdə başlanacaq". SİA xəbər verir ki, bunu jurnalistlərə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Dövlət Neft Şirkəti Türkiyədə ən böyük limanın inşasına başlayır: "İndi limanın bütün layihə məsələləri həll olunub, tender keçirilib və təşkilatlar seçilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan da təməlqoyma mərasimində iştirak etmək niyyətindədir. Bundan sonra biz bir il və ya il yarım müddətinə Türkiyənin ən böyük və ən dərin limanın inşasını başa çatdıracağıq. Bu, "Petkim"ə əlavə gəlirlər əldə etmək üçün böyük imkanlar yaradacaq."
Rövnəq Abdullayev qeyd edib ki, Türkiyədə neft emalı zavodunun inşasına da başlanılıb: "Bu, Türkiyədə ən böyük investisiya layihələrindən biridir. Hazırda tikinti prosesi gedir. Ümumiyyətlə, ARDNŞ-in və "Petkim"in Türkiyədə reallaşdırdığı ən böyük logistika layihəsi sayılan konteyner limanının tikintisi 300 milyon ABŞ dollarına başa gələcək və onun ilk mərhələsinin 2015-ci ildə, ikinci mərhələsinin isə 2016-cı ildə başa çatacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB