7-ci əməkdaşlıq yarmarkası çərçivəsində biznes forum keçiriləcək

7-ci əməkdaşlıq yarmarkası çərçivəsində biznes forum keçiriləcək

Slovakiyanın Bratislava şəhərində noyabrın 20-də 7-ci əməkdaşlıq yarmarkası çərçivəsində biznes forum təşkil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SİA-ya verilən xəbərə görə, biznes forum mühəndislik, maşınqayırma, enerji, qida, elektrotexnika, kimya, infrastruktur, İKT və digər sahələrə həsr olunacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət edilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə