ARDNŞ 55 min 6 ton dizel yanacağı, 12 min 215 ton təyyarə yanacağı ixrac edib
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin oktyabr ayında 55 min 6 ton dizel yanacağı, 12 min 215 ton təyyarə yanacağı ixrac edib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, 2013-cü ilin yanvar-oktyabr ayları ərzində 14 min 34 ton avtomobil benzini, 744 min 280 ton dizel yanacağı, 108 min 641 ton təyyarə yanacağı ixrac edilib. 2013-cü ilin oktyabr ayında dünya bazarında etilləşdirilən benzinin qiyməti (1 ton üçün) - 943,41 dollar, təyyarə yanacağının - 975,41 dollar, dizel yanacağının - 927,12 dollar, 1 faizli kükürdlü mazutun - 601,22 dollar təşkil edib.
Qeyd edək ki, oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 109,04 dollara,Urals nefti-108,28 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 110,65 dollara satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB