SOCAR Türkiyədə Petkim Konteyner limanının təməlini qoyacaq
Noyabrın 13-də SOCAR Türkiyədə Petkim Konteyner limanının təməlini qoyacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Türkiyədəki şirkətinin icraçı-direktoru Kənan Yavuz bildirib. Onun sözlərinə görə, İzmirin Aliağa bölgəsində təməli qoyulacaq Petkim Konteyner limana 400 milyon dollar məbləğində sərmayə yatırılacaq.
Qeyd edək ki, limanının ilk hissəsinin 2015-ci ildə, ikinci hissəsinin isə 2016-cı ilə tamamlanması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB