"Bulla-dəniz" qaz yatağındakı yanğın söndürülüb

"Bulla-dəniz" qaz yatağındakı yanğın söndürülüb

ARDNŞ-nin və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə