Şahmar Abdullayev: “26 baytar-sanitar ekspertiza laboratoriyası bu işə cəlb olunub”

Şahmar Abdullayev: “26 baytar-sanitar ekspertiza laboratoriyası bu işə cəlb olunub”

"Azərbaycan respublikası kənd təsərrüfatı naziri İsmət Abasovun müvafiq əmrinə əsasən paytaxt Bakı şəhərində və onun ətraf ərazilərində Müsəlmanların Müqəddəs Qurban bayramı münasibətilə İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının birgə hazırladığı tədbirlər planı əsasında diri Qurbanlıq heyvanların satışı təşkil edilib". Bunu SİA-ya Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev Müsəlmanların Müqəddəs Qurban bayramı münasibətilə idarə tərəfindən görülən işlərə münasibət bildirərkən deyib.

İdarə rəisinin sözlərinə görə, diri Qurbanlıq heyvanların təşkili ilə əlaqədar olaraq Bakı şəhər Baytarlıq İdarəsinin də öhdəsinə düşən normativlər var: "Belə ki, həmin heyvanların satışının təşkil edilməsi, onun saxlanılması, eləcə də zoobaytar tədbirlərində müayinələrdən keçirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək. Artıq 26 baytar-sanitar ekspertiza laboratoriyası bu işə cəlb olunub. Bununla belə, mərkəzi laboratoriya və onu müşahidə edən səyyar baytarlıq ekspertiziya laboratoriya avtomobili də fəaliyyət göstərəcək. Əsas məqsədimiz odur ki, Bakı şəhərinə gətirilən Qurbanlıq məqsədilə satılan heyvanların hamısı sağlam olmalıdır. Onlarda hər hansı infesksion xəstəlik şübhə doğurarsa, dərhal həmin heyvanlar həkimlər tərəfindən təcrid ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə