Prezident paytaxtda istifadəyə verilən yarımstansiya ilə tanış olub

Prezident paytaxtda istifadəyə verilən yarımstansiya ilə tanış olub

Prezident İlham Əliyev bu gün Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olub. SİA-nın məlumatına görə, "Bakıelektrikşəbəkə" ASC İdarə Heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı prezidentə məlumat verib.

Dövlət başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompyuter vasitəsilə yarımstansiyanı işə salıb.

Diqqətə çatdırılıb ki, yarımstansiyanın istismara verilməsi ilə şəbəkənin gücü 8 faiz artıb, ümumiyyətlə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatıb. İstismara verilən yarımstansiyalar texniki və texnoloji baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunub.

Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.

Dövlət başçısı bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də ardıcıl tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə