Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələri üzrə ixtisaslaşan müəssisələr tərəfindən ümumilikdə 57,6 mln. manatlıq məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, həmin müəssisələr əsas məhsullardan 2,5 min ton pambıq lifi, 9,7 min ton pambıq iplik, 281,4 min kv. metr pambıq parçalar, 4,2 mln. cüt corab məmulatları, 214,5 min cüt üstü dəridən olan ayaqqabılar və s. məhsullar istehsal edib.
Qeyd edək ki, bu ilin sentyabrın 1-nə sahə müəssisələrinin anbarlarında 23,3 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,3%-i qədər hazır məhsul qalığı mövcud olub. Bu, bu il istehsal olunan hazır məhsul həcminin 40,5%-nə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB