"ARDNŞ bu ilin ötən dövründə büdcə tapşırıqlarını 100 % yerinə yetirib". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov belə deyib. O bildirib ki, büdcə ödənişləri əvvəlki illərə nisbətən artıb: "Dövlət Neft Şirkətinin ölkə büdcəsində tutduğu yer hər kəsə məlumdur. ARDNŞ birinciliyi saxlamağı qarşısında məqsəd qoyub və bunun üçün dövlət büdcəsi qarşısında qoyulan tapşırıqaları uğurla yerinə yetirir".
Rəsmi qeyd edib ki, eyni zamanda yanacaq enerji balasında dövlətin şirkət qarşısında qoyduğu neft-qaz hasilatı istehsalı planları da uğurla yerinə yetirilir: "Təbii ki, ilin sonuna qədər bu işlər plan üzrə davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB