"Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazilərində olan tam tikilmiş sənədsiz evlər sökülmür. Biz yarımçıq tikilmiş və ya bu gün tikintiyə başlamaq istəyən insanlara ev tikməyə icazə vermirik". SİA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev belə deyib.
Onun sözlərinə görə, şirkət tərəfindən tam tikilmiş və istifadəyə yararlı evlər sökülməyib: "Biz yeni tikmək istəyən vətəndaşlara bu ərazilərdə tikinti aparmağa icazə vermirik. Mən bir daha belə insanlara üzümü tuturam və bildirirəm ki, bu fikirlərindən çəkinsinlər. Gedin baxın, kiminsə tikilmiş evi sökülürmü? Kimlərsə bundan istifadə edir və ara qırışdırır".
Şirkət prezidenti qeyd edib ki, artıq belə evlərin sənədləşməsi prosesi gedir və yaxın zamanlarda hökumətin bununla bağlı qərarı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB