Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinə ilkin olaraq 2 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, on min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB