"Ötən illə nisbətdə bu il yarmarkaya çıxarılan bal məhsuluna təlabat artıb". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, ötən illə nisbətdə cari ildə bal istehsalçılarının sayı da artıb: "Cari ildə Azərbaycanda arıçılıq üçün əlverişli mühit formalaşıb. Bu həm bal məhsulunun həcminin artmasında, həm də bal məhsulları istehsalçılarının sayının çoxalmasında özünü göstərir. Belə ki, cari ildə bal məhsulunun həcmi 200 ton artaraq 500 tona çatıb, istehsalçıların sayı isə artaraq 350-400 nəfər təşkil edib. Bu il yarmarkaya çıxarılan bal məhsuluna təlabat da artıb, istehlakçıların əksəriyyəti aztəminatlı ailələrdir".
Rəsmi qeyd edib ki, yarmarkaya nəzarət ciddi şəkildə davam edir: "Nazirliyin heyvandarlıq sahəsi üzrə mütəxəssisləri saat 07:00-dan 19:00-a kimi yarmarkaya gətirilən məhsulların keyfiyyətinə nəzarət edir, qiymət artımının baş verməsi kimi neqativ halların yaşanmasının qarşısını alırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB