"Bulla-dəniz" yatağındakı qazma avadanlığının 40%-i demontaj olunub

"Bulla-dəniz" yatağındakı qazma avadanlığının 40%-i demontaj olunub

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər dənizindəki "Bulla-dəniz" yatağında baş vermiş qəzanın aradan qaldırılması üzrə aparılan işlərlə bağlı növbəti açıqlama yayıb. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, "Bulla-dəniz" yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir. Görülmüş işlər nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 35-40%-i demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.

Məlumata görə, əzanın aradan qaldırılması istiqamətində ARDNŞ və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə atutulmuş iş planına uyğun olaraq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə