Əczaçılıq məhsullarının istehsalında 30,7% artım olub

Əczaçılıq məhsullarının istehsalında 30,7% artım olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 161,5 mln. manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya daxil olan məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kimya sənayesində 12,7%, əczaçılıq məhsullarının istehsalında 30,7% artım, rezin və plastmas məmulatların istehsalında isə 15,8% azalma müşahidə olunub.

Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 71,6%, polietilenin istehsalı 2,1%, lak-boya məmulatlarının istehsalı 30,6% artıb. Rezin və plastmas məmulatlarından bərk polipropilen boruların istehsalı 44,4%, məsaməli poliuretan lövhələrin istehsalı 22,2% artıb, polimer örtüklərin istehsalı 13,3%, polietilen boruların istehsalı isə 9,4% azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə