Dövlət başçısı: "Xəzərdə tikilən dəniz limanı bölgənin ən böyük limanı olacaq"
"Dünyada gedən iqtisadi və maliyyə böhranına baxmayaraq, ölkələrimiz öz iqtisadiyyatlarının həcmini inamla artırırlar". SİA-nın məlumatına görə, bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində yekun nitqi söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox artdığını deyən Prezident bildirib ki, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar var: "Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır. Ölkələrimizdə və ya xaricdə türk dünyasının turizm potensialı ilə bağlı sərgi keçirilə bilər. Eləcə də beynəlxalq sərgilərdə birgə təqdimatla çıxış edə bilərlər. Bu praktik nöqteyi-nəzərdən ölkələrimizə turist axınını gücləndirmiş olar. İKT ilə bağlı bu ilin əvvəlində Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxıldı. Humanitar sahədə də mühüm addımlar atılır. Gələcəkdə bu sahədə görülən işlər hər bir ölkəni daha da gücləndirəcək".
Dövlət başçısı onu da qeyd edib ki, bu gün Xəzərdə tikilən dəniz limanı bölgənin ən böyük limanı olacaq: "Mərhələlərlə bu limanın yük qəbulu 10 milyon tondan 20 milyon tona çatacaq. Bu da Xəzər dənizi üzərindən ötürülən yüklərin həcmini artıracaq".
Tolerantlığı türkdilli dövlətlərin böyük sərvəti adlandıran Prezident İlham Əliyevin sözlərinə görə, türk dünyasını dünyaya tolerantlıq mərkəzi kimi təqdim etməyə çalışmaq lazımdır: "Üstünlüyümüz olan demoqrafik vəziyyət ciddi iqtisadi inkişafla tamamlanmalıdır. Demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artarsa, bu, böyük güc olar. Xarici diaspor təşkilatlarımızın birgə fəaliyyəti də önəmlidir. Biz bu sahədə işlər görür, diaspor təşkilatlarımızın qurultayını təşkil edirik. Milyonlarla soydaşlarımızı təşkilatlandırmaq üçün işlər görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB