Azərbaycanda təbii qaz təchizatında məhdudiyyətlər olacaq DİQQƏT!

Azərbaycanda təbii qaz təchizatında məhdudiyyətlər olacaq DİQQƏT!

Yasamal, Ucar, Zərdab, Gəncə, Qazax Cəlilabad rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən xəbərə görə, təmir işləri ilə əlaqədar 13 avqust 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək "Cəlilabad" Qazpaylayıcı Stansiyandan qidalanan "Cəlilabad" ölçü qovşağında, saat 10:00-dan 18:00-dək "Ağasıbəyli", "Yuxarı Salahlı" Avtomatik Qazpaylayıcı Stansiyanda, saat 10:00-dan "Gəncə" Qazpaylayıcı Stansiyandan qidalanan "Hacıməlik" Qaztənzimləyici Məntəqəsində, "4 saylı" Qaztənzimləyici Məntəqəsində, saat 10:00-dan 15:00-dək "Qazax" Qazpaylayıcı Stansiyanda, saat 11:00-dan 18:00-dək "Ucar", "Zərdab" və "Lək" Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Zərdab, Ucar rayonlarına, Samux, Göygöl, Qazax rayonlarının bir hissəsinə, Cəlilabad şəhərinə, Yasamal rayonunun İnşaatçılar və İzmir küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə