“Darvin bankası” yatağında 3 yeni quyu qazılır

“Darvin bankası” yatağında 3 yeni quyu qazılır

"Darvin bankası" yatağındakı 670 nömrəli özüldən 671 nömrəli quyuda qazma işləri davam etdirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1470 metrdir. Yataqdakı 620 nömrəli özüldən Qirməki Lay Dəstəsinə qazılan 690 nömrəli quyunun layihə dərinliyi 1440 metrdir. 720 nömrəli özüldən 834 nömrəli quyunun da qazma işləri davam etdirilir. Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1500 metrdir. Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 6 ton neft hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək quyularda qazma işləri "Neft Daşları" NQÇİ-nin sifarişi ilə "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə