Son zamanlar Astara rayonunun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinin problemlərinin həlli istiqamətində ciddi irəliləyişlər nəzərə çarpır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərlərinin dağ kəndlərinin sakinləri ilə yerlərdə mütəmadi xarakter daşıyan görüşləri zamanı üzə çıxan problemlərin həlli üçün əməli addımlar atılır. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, İcra başçısının növbəti görüşü Pəlikəş inzibati ərazi dairəsinə daxil olan Şümrüd və Düriyyə kənd əhalisi ilə baş tutub. Şümrüd kəndində 148 təsərrüfatda 896, Düriyyə kəndində 142 təsərrüfatda 876 nəfər əhali yaşayır. Hər iki kənd rayon mərkəzindən 35 km aralı ucqar dağlıq ərazidə yerləşir. Sıldırım qayaların döşünə səpələnmiş evləri yaşıllıqlar görünməz edir. Bu sərt təbiətin qoynunda məskunlaşan əhali heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olur.
Görüşdə Şümrüd kənd sakinlərindən ağsaqqal Həsən Zülfüqarov, birinci qrup hərbi əlil Zamiq Ağayev, Xutkar Zülfüqarov, Düriyyə kənd sakinlərindən Məmmədhüseyn Dadaşov, Sahil Əhədov, Nüsrət Dadaşov və başqaları çıxışlarında son aylarda dağ kəndlərinə, o cümlədən Pəlikəş kəndinə gələn yolların əsaslı təmirini dövlətin diqqət mərkəzində olduğunu, xüsun bu günlərdə Ölkə başçısının Astara rayonunda yolların abadlaşdırılması ilə bağlı yeni bir sərəncam imzalamasını öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qeyd ediblər. Sakinlər buna görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirməklə, qarşıdan gələn prezident seçkilərində yalnız ona səs verəcəklərini bildiriblər.
Çıxışlarda həmçinin Deqədi-Pəlikəş yolundan bu kəndlərə ayrılan 6 km-lik yolun əsaslı təmiri, Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, elektrik xətt təsərrüfatının təmiri, Düriyyə kəndində ümumi orta məktəbin açılmasının vacibliyi barədə təkliflərini səsləndirilib.
İcra başçısı Q.Ağayev yerli sakinlərin çıxış və təkliflərini dinləyərək sovet dönəmində rayonda birtipli layihə əsasında cəmi on-on beş məktəb binasının tikildiyini, hazırda isə yeni tikilən və əsaslı təmir olunan məktəb binalarının sayının 30-dan çox olduğunu, bunların da əksəriyyətinin çətin relyef şəraiti olan kəndlərdə yerləşdiyini qeyd edib. Görüşdə söylənən münasibət bildirən Q.Ağayev yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, yeni məktəb binasının tikintisi ilə yanaşı, eyni zamanda digər layihələrin bu ucqar dağ kəndlərində tədricən reallaşacağını tam əminliklə onların nəzərinə çatdırıb.
Daha sonra Q.Ağayev Şümrüd kənd tam orta məktəbin tədris binası, kənd həkim məntəqəsi və Pəlikəş yolunda çay üzərində yeni inşa edilmiş körpüyə də baxaraq, tövsiyə və tapşırıqlarını verib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB