"Layihənin 50%-dən bir qədər artıq hissəsi satılıb"

"Layihənin 50%-dən bir qədər artıq hissəsi satılıb"

"Azərbaycanın ilk telekommunikasiya peyki - "Azerspace-1"-in orbitə çıxarılması layihəsinin rentabelliyini təmin etmək üçün bütün hesablamalar layihə mərhələlərində aparılıb. Layihənin dəyəri yerüstü stansiya ilə birlikdə 230 mln. ABŞ dolları təşkil edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, layihənin 15 il müddətində gəlirlərinin təxminən 600 mln. dollardan çox olması planlaşdırılır: "Artıq may ayında peyk 4,2 mln. dollar qazandırıb və kreditlərin ödənilməsinə başlanılıb. Kredit Azərbaycana 10 il müddətinə verilsə də, onun artıq 7 il ərzində qaytarılması mümkün olacaq. Hesab edirəm ki, layihənin 50%-dən bir qədər artıq hissəsi satılıb və hazırda danışıqlar aparılır ki, ilin sonuna kimi 70-80%-ə çıxa bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə