İnsanlar bütün zamanlarda öz həyat şəraitlərini yaxşılaşdırmaq, özlərinə və ailələrinə rahat və qayğısız yaşam təmin etmək üçün yorulmadan çalışırlar. Müasir dövrdə də bu demək olar ki, dəyişməyib - istifadə etdiyimiz bütün əşyalar, bütün məhsullar rahatlığımıza xidmət edir. Bunlardan ən əsasları, təbii ki, şəxsi ev və avtomobildir.
"Ata Holdinq"dən SİA-ya verilən məlumata görə, müştərilərini daim yeniliklərlə və sərfəli təkliflərlə sevindirməyi özünə hədəf seçən "AtaSığorta", bu dəfə də sığorta bazarında yeniliyə imza atıb. Bu, "EvMobil" sığorta paketidir.
"EvMobil" məhsulu özündə iki ayrı sığorta obyektini – evi və avtomobili birləşdirir. Bu paketi almaqla iki sığortaya birdən sahib olacaq müştərilər üçün ən sevindirici hal isə daha iki sığorta məhsulunun onlara hədiyyə verilməsidir. Belə ki, müştəri evinin və avtomobilinin könüllü sığortalarını aldığı halda, hər iki sığorta müqaviləsi üzrə icbari sığorta müqavilələrini, yəni evinin (əmlakının) və avtomobilinin icbari sığortasını "AtaSığorta"dan pulsuz əldə edir. Nəticədə, müştəri "EvMobil" sığorta paketi çərçivəsində şirkətə müraciət edib sığorta müqaviləsi imzalamaqla dərhal hədiyyə qazanmış olur. Bu isə o deməkdir ki, müştəri yalnız bir paketi almaqla əmlakını və avtomobilini əsas risklərdən sığortalayır. Hər hansı bir sığorta hadisəsi baş verərsə ziyanın aradan qaldırılması və əvvəlki maliyyə vəziyyətinə qayıtması üçün maddi kompensasiya ilə təmin olunur.
Qeyd edək ki, sığorta paketi haqqında ətraflı məlumat almaq üçün (012) 936-a zəng etmək, yaxud www.atasigorta.az/evmobil saytına, www.facebook.com/AtaSigortaASC səhifəsinə daxil olmaq olar.
Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB