Avropa maliyyə birjalarında tədricən stabilliyin bərpa olunmasına baxmayaraq, Yunanıstan iqtisadiyyatındakı gərginlik davam edir. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, Yunanıstan hökumətinin dövlət televiziyasının bağlanması haqqındakı qərarı bu ölkədəki iqtisadi böhranı daha da gərginləşdirib.
Qeyd edək ki, hökumətin bu addımı Yunanıstandakı xarici investorların bu ölkədə fəaliyyət göstərmə fikrindən daşındırıb. Yəni televiziyanın bağlanması səbəbindən ölkədə iqtisadi risklərin artdığını görən xarici iş adamları Yunanıstanda fəaliyyət göstərmək istəmirlər. Əcnəbi iş adamlarının investisiyalarını geri çəkməsi ölkənin maliyyə birjalarında qiymətli kağızlarında ucuzlaşmasına səbəb olub. Yunanıstan parlamenti bəyan edib ki, ölkə iqtisadiyyatındakı səhmlərin azalması hökumətin özəlləşdirmə planının gecikməsinə səbəb olacaq. Ekspertlər bəyan edib ki, son günlər baş verən hadisələr hökumətin 2,5 milyard avroluq maliyyə itkisinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB