Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti daş karxanalarında Fövqəladə Hallar Nazirliyinin Dağ Mədənlər Agentliyi ilə birgə yoxlama planı tərtib edib. SİA-nın məlumatına görə, bunu Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.
Onun sözlərinə görə, yoxlamalar zamanı bu gün tikintidə istifadəsi geniş yayılmış üzlük daşların keyfiyyəti öyrəniləcək. Əbülfət İmanov qeyd etdi ki, daş karxanalarında istehsal maşınlarının mexanizm sistemi də müəyyənləşdiriləcək. Yoxlamaların məqsədi standartların düzgün tətbiqinin müəyyən edilməsidir: "Havaların isti keçməsi ilə bağlı dondurma, çörək və süd məhsullarının istehsalına diqqət artırılıb. Hazırda ölkədə 350 çörək istehsalı müəssisəsində yoxlamalar aparılıb. Bakı şəhərinin bütün rayonlarına müvafiq şöbələrinin əməkdaşları məsuldur. Həmin məsul şəxslər davamlı olaraq məruzə edir, bu məlumatlar Dövlət Komitəsinin sədri Ramiz Həsənova təqdim olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB