Avropadakı iqtisadi böhranın kökündə BVF durur?

Avropadakı iqtisadi böhranın kökündə BVF durur?

Beynəlxalq Valyuta Fondu Avropada dərinləşən iqtisadi böhranın səbəbini açıqlayıb. Beynəlxalq maliyyə qurumunun rəsmiləri baş verən böhranı özlərinin səhvi kimi bəyan ediblər. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, fond Yunanıstan ilə bağlı hazırlanan hesabatda maliyyə yardımı meyarlarının 75 faizini ödəyə bilmәdiyi halda bu ölkəyə 110 milyon avroluq kömək etdiyini bildirib. Həmçinin, Yunanıstanın iflasdan xilas edilmәsi prosesindә böyük səhvlərә yol verilib vә maliyyə qurumu qaydalara sadiq qalmayıb. Bundan başqa, Yunanıstan iqtisadiyyatının böyüməsi ehtimalı olmadığı halda, bu ölkəyə davamlı maliyyə yardımları verilib. Nəticədə, Avropa dərin iqtisadi böhranla üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə