ARDNŞ-ın nümayәndәliyi Şəffaflıq Reyisterində qeydiyyatdan keçib
SOCAR-ın Belçika nümayәndәliyi Avropa Birliyi qərarlarının qəbul edilməsi prosesində şəffaflığı təmin etmək məqsədilə yaradılan Şəffaflıq Reyisterində qeydiyyatdan keçib. SİA-ya verilən məlumata görə, bu Reyisterdə qeydiyyat AB vətəndaşlarına ARDNŞ haqqında dəqiq və qərəzsiz informasiya toplanışına, habelə şirkətin maraqları, siyasəti və investisiya olunan resursları barədə ən düzgün məlumatı əldə etməyə imkanlar yaradacaq.
Şəffaflıq Reyisterində ARDNŞ-nin qeydiyyatı və Reyisterin Davranış Məcəlləsinə tam əməl edilməsi ictimai məsuliyyətin göstəricisidir. Beləliklə, Dövlət Neft Şirkəti Avropa Birliyi qaydaları ilə fəaliyyət göstərməsini qəbul edir və tam şəffaf şəkildə Avropa institusiyaları ilə qarşılıqlı əlaqə yaradır.
ARDNŞ-nin Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən yaradılan Şəffaflıq Reyisterində qeydiyyatı ARDNŞ-nin AB proseslərində fəal iştirakını ictimailəşdirəcək və bununla SOCAR-ın maraqlarını və məqsədlərini daha geniş auditoriyaya təqdim edə bilməsi üçün müstəsna imkanlar yaradacaq.
Qeyd edək ki, SOCAR-ın Şəffaflıq Reyisterində qeydiyyatdan keçməsi, həmçinin şirkətin Avropa Parlamenti və Avropa Komissiyası ilə rəsmi qaydada əməkdaşlığını təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB