İran əsas neft istehlakçılarını itirir

İran əsas neft istehlakçılarını itirir

İranın neft hasilatı azalıb. SİA-nın "The Financial Times" qəzetinə istinadən verdiyi məlumata görə, bu ilin mayında İranın gündəlik neft hasilatı 2.5 milyon barel olmaqla 1989-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Qəzetdə həmçinin qeyd olunur ki, ABŞ və Avropa İttifaqının İranın maliyyə və enerji sektorlarına tətbiq etdiyi sanksiyalar səbəbindən neft ixracı azalıb.

Qeyd edək ki, İran neftinin əsas alıcıları olan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyənin aprel ayında bu ölkədən "qara qızıl" idxalı 30% azalıb. Bu gün Yaponiyanın İrandan neft idxalı artıq 8 min barel olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 97%, Hindistanın isə 117 min barel olmaqla 56% azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə