Avropadakı iqtisadi böhran səbəbindən aprel ayında Almaniyada pərakəndə satışın səviyyəsi azalıb. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, ekspertlər istehlakın azalmasını hava şəraitinin pis keçməsi ilə əlaqələndirib. Onların fikrincə, soyuq hava şəraiti ölkənin aqrar sektoruna öz mənfi təsirini göstərib. Avropanın ikinci böyük ölkəsi olan Fransada da əhalinin alıcılıq qabiliyyəti azalıb. Aprel ayında əhalinin istehlak xərcləri 0,3 faiz həddinə düşüb.
Qeyd edək ki, mart ayında ölkədə istehlak xərcləri 1,3 faiz atmışdı. İqtisadçı ekspertlər may ayında Avropada istehlak xərclərinin 0,6 faiz həddinə düşəcəyini proqnozlaşdırır. Avropanın Statistika İdarəsi Avrostat iqtisadiyyatda baş verən bu azalmanın qitənin gələcəyinə mənfi təsir göstərəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB