Ölkə başçısı İlham Əliyevin fərmanına əsasən Nəqliyyat nazirliyinin fəaliyyət sahəsi genişləndirilib. SİA-nın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumat görə, Nəqliyyat Nazirliyi ölkə ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün alan orqan müəyyən edilib.
Rəsmi saytda həmçinin qeyd olunub ki, "Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə" qərarda öz əksini tapıb. Ölkə başçısının sərəncamına əsasən Nəqliyyat nazirliyinə tapşırılıb ki, qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB