Yaponiyanın nəhəng avtomobil şirkəti "Nissan" problemlə üzləşib. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, şirkət avtomobillərin sürət qutusunda yaranan problem səbəbindən 840 min avtomobilini satışdan çıxarıb. "Nissan" şirkəti istehsal etdiyi 840 min avtomobilinin sürət qutusunda problem orta çıxdığı üçün milyonlarla dollar məbləğində ziyanla üzləşib. Şirkətin verdiyi açıqlamaya görə, aşkar olunan problem insan həyatı üçün ciddi təhlükə daşımır. Rəsmi açıqlamada həmçinin bildirilib ki, mövcud texniki problemin aradan qaldırılması üçün 15 dəqiqəlik müdaxilə yetərlidir.
Qeyd edək ki, "Nissan" ötən ay hava yastığında çıxan problem səbəbindən 500 min avtomobilini satışdan çıxarmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB