Fizuli Ələkbərov vətəndaşların problemini “Facebook” səhifəsindən həll edəcək
Artıq Azərbaycan vətəndaşların problemləri sosial şəbəkələrdən həll olunacaq. SİA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş müraciətlərinin cavablandırılması sisteminin təkmilləşdirilməsi istiqamətində elektron imkanları gücləndirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə vətəndaşlar nazirə və nazirliyin digər rəhbər şəxslərinə müraciət edəcək. Belə ki, mayın 24-də saat 11:00-dan 13:00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Facebook" səhifəsində nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların sualları cavablandırılacaq. Bunun üçün 22 may saat 15:00-dan 23 may saat 15:00-a kimi vətəndaşların müraciətləri qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB